Futbol üzrə Türkiyə Superliqasının 28-ci turu çərçivəsində sonuncu qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Beşiktaş" klubu "Bursaspor"un qonağı olub. Olduqca gərgin keçən qarşılaşmada meydan sahibləri "qara qartalları" 3:0 hesabı ilə məğlub ediblər. Türkiyə mətbuatı xəbər verir ki, qarşılaşmadan sonra "Beşiktaş" rəhbərliyinin təcili toplantısı keçirilib. Əsas müzakirə mövzusu isə, hazırkı baş məşqçi Samet Aybabanın daha səviyyəli məşqçi ilə əvəz olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB