Alvaro Negredo "Sevilya"nı qələbəyə daşıdı

Alvaro Negredo "Sevilya"nı qələbəyə daşıdı

Futbol üzrə İspaniya La Liqasında 30-cu tur çərçivəsində daha bir görüş keçirilib. Siasport.az saytı xəbər verir ki, "Atletik Bilbao"nu qəbul edən "Sevilya", gərgin qarşılaşmadan qələbə ilə ayrılıb. Belə ki, meydan sahibləri Alvaro Negredonun vurduğu qollar sayəsində rəqib üzərində 2:1 hesabı ilə qələbə qazanıblar. Bu qələbədən meydan sahibləri sonra xal ehtiyatını 41-ə çatdırıblar. "Atletik Bilbao" isə 35 xalla kifayətlənməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə