"Sumqayıt" Futbol Mərkəzinin tikintisi hazır olduqdan sonra, klub rəhbərliyi uşaq futbolunun inkişafına daha çox önəm verməyi planlaşdırır. Siasport.az saytının məlumatına görə, bu səbəbdən "Sumqayıt" gələcəyi düşünərək klubun nəzdində yeni komanda yaradıb. Belə ki, 5-7 yaş futbolçular arasında seçim başlanılıb. Seleksiyadan uğurla keçən futbolçular komandaya dəvət olunur. Məşqlər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 14:00-dan 15:00-dək Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB