Stolüstü tennis üzrə Beynəlxalq turnir keçiriləcək

Stolüstü tennis üzrə Beynəlxalq turnir keçiriləcək

Sabah Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərində stolüstü tennis üzrə Beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, 10-dan artıq ölkənin qatılacağı turnirdə ölkəmizi baş məşqçi Aleksandr Zudov və məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında 8 idmançı təmsil edəcək. Heyətdə Ramil Cəfərov, Sənan Əliyev, Xəyal Həşimli, Hilal Həsənov, Dinarə Məmmədova, Məryəm İmanova, Zərif Əliyev və Səbinə Batmanova yer alıb.

Qeyd edək ki, turnir aprelin 20-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə