“Cəsurlar” hərbi-idman və turizm oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirildi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən C.Naxşıvanski adına Hərbi Liseydə "Cəsurlar" hərbi-idman və turizm oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib. Siasport.az saytının məlumatına görə, paytaxt üzrə zona mərhələsinin açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, Respublika Veteranlar Şurasının sədr müavini Surxay Tağızadə, polkovnik Kamal Əliyev və bölmə rəisi Rasim Muxtarov iştirak edib. Turnirdə paytaxtın 11 rayon komandası ilə yanaşı Zəngilan, Şuşa və Laçın rayon komandaları da mübarizə aparıb. Nəticələrə görə, I yerə Xətai komandası, II yerə Suraxanı komandası, III yerə isə Sabunçu komandası layiq görülüblər.
Qeyd edək ki, yarışda I, II və III yerləri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB