"Kəpəz" ilə maçtdan sonra, dünən "Xəzər lənkəran" doğma şəhərə yollanıb. Siasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının 26-cı turunda "Turan"ın qonağı olacaq cənub təmsilçisi bir günlük istirahətin ardından məşqlərə start verib. "Ağ-yaşıllar" dünən saat 17:00-da doğma stadionun yardımçı meydanında hazırlıq prosesi keçib. "Kəpəz" ilə oyunda meydanda olan futbolçular 40 dəqiqə, ehtiyat skamyada oturan futbolçular isə 1 saat məşq edib.
Xatirladaq ki, "Turan" - "Xəzər Lənkəran" oyunu aprelin 13-də saat 17:00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB