"İnter" AZAL-a şans vermədi

Dünən Azercell U-17 Liqasında 20-ci turun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, "İnter" səfərdə AZAL ilə qarşılaşıb. Görüş 0:3 hesabı ilə "İnter"in xeyrinə başa çatıb. "İnter"in heyətində Namiq Mustafayev, Anar Zeynalov və Elnur Süleymanov fərqlənib.

Qeyd edək ki, 18 oyundan sonra "İnter"in aktivində 27 xal var və bu nəticə ilə turnir cədvəlində 6-cı yeri tutur.

Əlavə edək ki, Arif Əmirxanovun yetirmələri növbəti turda səfərdə ROİL komandası ilə görüşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə