Özil iddialı danışdı: "Turu keçən biz olacayıq!"

Özil iddialı danışdı: "Turu keçən biz olacayıq!"

Bu axşam "Qalatasaray"la qarşılaşacaq Madrid "Real"ında, hər kəs bu turu keçəcəklərinə inanır. Siasport.az saytı xəbər verir ki, belə omasaydı, kral klubunun futbolçuları İstanbulda iddialı açıqlamalarla çıxış etməzdilər. Belə ki, "Real"ın türk əsilli futbolçusu Məsut Özil, verdiyi açıqlamada İstanbulda yalnız qələbə dalınca gəldiklərini deyib. O bildirib ki, bu günkü qarşılaşmadan hansısa sürpriz nəticə gözləmir: "Üç cavabsız qoldan sonra hansısa sensasiyaya inanmıram. Amma biz yenə də ehtiyatlı oyun sərgiləyəcəyik. Əminəm ki, qələbə qazanıb turu keçən tərəf biz olacayıq"-deyə M.Özil bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə