Sadri Şener Türkiyənin "Trabzonspor" futbol klubunun prezidentliyindən gedəcəyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, uzun illərdir ki, Trabzon təmsilçisinin prezidentliyini həyata keçirən iş adamı, artıq yorulduğunu, bundan sonrakı həyatını ailəsinə həsr etməyi düşündüyünü dilə gətirib. Türkiyəli jurnalistlərlə söhbətində S.Şener, klubun may ayında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB