Bolqarıstanın Bansko şəhərində dağ xizəyi üzrə Azərbaycanın ilk çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, çempionat dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən ərazidə təşkil olunub. Çempionatda iştirak edən iki Azərbaycan atleti Patrik Brahner və Sedrik Notz müvafiq olaraq 4-cü və 23-cü yerləri tutublar. Elə həmin gündə gənclər arasında keçirilən digər yarışlarda isə adı çəkilən atletlər müvafiq olaraq 6-cı və 19-cu yerlərə sahib olublar. Bütün yarışlar nəticəsində ortalama balına görə dağ xizəyinin slalom növü üzrə atlet Sedrik Notz 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.
Qeyd edək ki, digər atletimiz Patrik Brahner Soçi Qış Olimpiya Oyunlarına lisenziyanı 2013-cü ilin əvvəlində keçirilmiş yarışlar nəticəsində əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB