Mehman Hacıyev: "Elə şeylər öyrənirik ki, bu, doğrudan da vacibdir"

Mehman Hacıyev: "Elə şeylər öyrənirik ki, bu, doğrudan da vacibdir"

AFFA-nın təşkilatçılığı ilə keçirilən C kateqoriyalı məşqçilik kursunda iştirak edən 17 gənc mütəxəssis arasında Gəncədən iki məşqçi olub. Siasport.az saytının məlumatına görə, məşğələlərə "Kəpəz"in əvəzedici heyətinin baş məşqçisi Mehman Hacıyev ilə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının məşqçi-müəllimi Ceyhun Tanrıverdyev qatılıb. Martın 30-dan start götürən seminara yerli mütəxəssislər Arif Əsədov, Aslan Kərimov və Osman Rəhimov rəhbərlik edib. Mehman Hacıyev kursla bağlı açıqlama verib: "Bu kimi seminarların biz məşqçilərə böyük təkanı var. Elə şeylər öyrənirik ki, bu, doğrudan da vacibdir. Burda öyrəndiklərimizi gələcəkdə futbolçulara öyrədəcəyik."

Məşqçilərin bilik və bacarığının artırılmasına yardımçı olmağa hesablanan kurslar iki hissədən ibarət olub. Kursun dinləyiciləri nəzəriyyədə öyrəndikləri təcrübədə sınaqdan keçiriblər: "Dərs ilə yanaşı, hər gün 30 dəqiqə ərzində məşqlər keçdik. Öyrəndiklərimizi məşqdə tətbiq etdik. Məşqi necə qurmalı, nələrə diqqət yetirməli olduğumuzu tam bilməliyik və bunu oyunçulara aşılamalıyıq".

Qeyd edək ki, kursun nəticəsi olaraq, özünü yaxşı tərəfdən göstərə bilən məşqçilər C lisenziyasına sahib olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə