Salih Uçan qol vurdu, "Fənərəbaxça" qələbə qazandı

Salih Uçan qol vurdu, "Fənərəbaxça" qələbə qazandı

Futbol üzrə Türkiyə Superliqasında 28-ci turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verri ki, "Türk Telekom Arena"da "Mersin İdmanyurdu"nu qəbul edən "Qalatasaray", azarkeşlərinə olduqca dramatik bir gecə yaşadıb. Belə ki, həmin qarşılaşmada İstanbul klubunun futbolçusu Danyi qırmızı vərəqə görərək, meydandan qovulandan sonra, komandanın baş məşqçisi Fatih Terim hakimə kəskin etirazlar etdiyi üçün texniki zonadan uzaqlaşdırılıb. Bunun ardınca qarşılaşmanın baş hakimi F.Terimin köməkçiləri olan Hasan Şaşı və Ümid Davalanı da texniki zonadan qovub. Amma "cim bom" bu kritik qarşılaşmanı 3:1 hesabı ilə qalib bitiməyi bacarıb. Bundan başqa "Trabzonspor" "Akhisar BS"yə 0:1 hesabı ilə məğlub olub. "Fənərbaxça" isə səfər oyununda "Orduspor"u gənc futbolçu Salih Uçanın qolları ilə 2:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə