Voleybolçumuz bombardirlər siyahısında birincidir

Voleybolçumuz bombardirlər siyahısında birincidir

Qadın voleybolçular arasında Rusiya Super Liqası yarışlarının başa çatan qrup mərhələsinin statistikası açıqlanıb. Siasport.az saytının məlumatına görə, altı nominasiya üzrə müəyyənləşən liderlər arasında Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova da yer alıb.
Voleybolçumuz bombardirlər siyahısında birinci yerdədir. N.Məmmədova (20 oyunun 77 hissədə meydanda olub) ikinci yerdə qərarlaşan Natalya Obmoçayevadan ("Dinamo", Moskva) 1 matç və 4 set az oyanasa da, 511 dəqiq zərbə ilə onu 81 top qabaqlayıb.
İlk üçlüyü isə 414 xalla Yekaterina Qamova ("Dinamo", Kazan) tamamlayır. Rusiya voleybolunun ulduzu 18 görüşün 70 setində meydanda olub.

Qeyd edək ki, "Omiçka" 22 turun yekununa əsasən beşinci olub. Bu səbəbdən, mübarizəni pley-off mərhələsində davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə