Cari ilin 15-18 mart tarixlərində II Beynəlxalq "Xəzər Kuboku" turniri keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə 10 ölkədən, 60 komanda (Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Latviya, Estoniya, Almaniya, Qazaxıstan, Özbəkistan, İsrail) iştirak edib. II Beynəlxalq "Xəzər Kuboku" Turniri böyük marağa səbəb olub.
Bakıya səfər edən komandaların tərkibində "Nə? Harada? Nə zaman?" klubları, Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvləri A. Druz, A. Rubin, R. Nemuçinskiy, S. Abraamov və M. Potaşov, İ. Novikov, V. Belkin, E. Orlova, A. Supranoviç, E. Potanina, G. Mosidze, İ. Metreveli, R. Əsgərov kimi tanınmış bilicilər də iştirak edib.
Turnirdə fərqli intellektual oyunlar üzrə qaliblər aşağıdakı qaydada müəyyən edilib:
"Svoya İqra"
- Aleksandr Korobeynikov
- Vladimir Sadov
- Sergey Yevdokimov
"Nə? Harada? Nə zaman?"
- Afina
- Tenzor consalting
- НМТТ
"Breyn Rinq"
- Afina
- Slon v Udave
- Tenzor consalting
"Xəmsə"
- Afina
- Pentium
-
ЗD&ko
Qeyd edək ki, II Bakı Beynəlxalq "Xəzər Kuboku"nun qalibi Maksim Potaşovun "Afina" adlı komandası seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB