İdmançılarımız Avropa çempionatında 6 medal qazandı

İdmançılarımız Avropa çempionatında 6 medal qazandı

Moldovanın Kişinyov şəhərində budo döyüş növləri üzrə Avropa çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, fri-kontakt, full-kontakt və semi-kontakt versiyaları üzrə keçirilən yarışda Azərbaycanı 20 idmançı təmsil edir.

Yarışda full-kontakt versiyası üzrə yarışlarda Elgün Xanoğlanlı (60 kq), Elmar Nağıyev (70 kq), Musa Abdullayev (85 kq) və Elman İmanov (100 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Arzu Babayev (75 kq) və İlqar Rəfiyev (80 kq) çempionatı gümüş medalla başa vurub. Bu gün digər idmançılarımız Həsən Əliyev, Elvin Əhmədov, Səxavət Əliyev, Nail Məmmədli, Mərdan Vəliyev, Rahib Əhmədov fri və semi-kontakt yarışlarında final və yarımfinalda mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionata sabah yekun vurulacaq.

Xatırladaq ki, milli komandamız çempionatda Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyevin rəhbərliyi altında mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə