Böyükağa Hacıyev: "Belə qələbə ilə “Qarabağ”a təbrik düşmür"

Böyükağa Hacıyev: "Belə qələbə ilə “Qarabağ”a təbrik düşmür"

Topaz Premyer Liqasının 25-ci turunda daha bir oyun baş tutub. Çempionluq uğrunda mübarizə aparan "Neftçi" - "Qarabağ" qarşılaşmasında Ağdam təmsilçisi qələbəni bayram edib 1:2.

Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırq:

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Ölkənin ən yaxşı komandası ilə oyunda vacib üç xal qazandıq. Maraqlı oyun olub. Rəqib azlıqda qaldıqdan sonra oyun dəyişib. Oyunun son dəqiqələrində bir neçə səhvimiz oldu. Komanda sonadək mübarizə aparıb. Qələbə üçün əlimizdən gələn hər şeyi etdik. Belə oyunlarda daha az səhv edən qalib gəlir. Bizim üçün hər xal, hər rəqib vacibdir".

Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "Qalib gəldiyimiz kimi məğlub olmağı da bacarmalıyıq. Azlıqda qalmağımıza baxmayaraq hesabı bərabərləşdirməyə çalışırdıq. Lakin buna nail ola bilmədik. Belə qələbə ilə "Qarabağ"a təbrik düşmür. Milli komandanın oyunundan sonra Mahir Şükürov özünə gələ bilmir. İqor Mitreski Azərbaycan səviyyəsi üçün çox yaxşı futbolçudur. O, futbolçudur, insandır, robot deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə