Con Benjamin Toşak: “Kəpəz” bu hesaba layiq deyildi"

Con Benjamin Toşak: “Kəpəz” bu hesaba layiq deyildi"

Topaz Premyer Liqasının 25-ci turunda "Xəzər Lənkəran" səfərdə "Kəpəz"ın qonağı olub. Siasport.az saytının məlumatına görə, maçt "ağ yaşıllar"ın qələbəsi ilə başa çatıb 1:2.

Baş məşqçilərin fikirlərini diqqətinizə çatdırırıq:

Con Benjamin Toşak, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "İlk hissəyə yaxşı başlamadıq. Rəqib ilə bərabər mübarizə apardıq. Qollarımızı ilk hissədə vursaq da, "Kəpəz" bu hesaba layiq deyildi. İkinci hissədə isə 4-5 qol imkanından yararlana bilmədik. Oyunun son dəqiqələrində qol buraxmağımız məni məyus edib".

Mahmud Qurbanov, "Kəpəz" klubunun baş məşqçisi: "Rəqib komandanın baş məşqçisi ilə razıyam. İlk hissədə iki qol buraxmağa layiq deyildik. Komanda meydanda sonadək mübarizə aparıb. Oyundan sonra komanda üzvlərinə oyuna görə təşəkkürümü bildirdim".

Bütün xəbərlər Facebook səhifəmizdə