"Sabahın ulduzları" çempionatının qalibi "Bakı" oldu

"Sabahın ulduzları" çempionatının qalibi "Bakı" oldu

Dünən "Bakı" Futbol Federasiyasının 2002-2003-cü il təvəllüdlü futbolçular arasında keçirdiyi VIII "Sabahın ulduzları" paytaxt çempionatına yekun vurulub. Siasport.az saytının məlumatına görə, "Şəfa" stadionunun 3-cü meydançasında baş tutan son qarşılaşmada "İnter" ilə üz-üzə gələn "Bakı" oyunu 2:2 hesablı heç-heçə başa vuraraq çempionluğunu rəsmiləşdirib. "Bakı"nın U-11 komandasının baş məşqçisi Fərrux İsmayılovun rəhbərliyi altında çempion sevincini yaşayan 11 yaşlı futbolçular eyni zamanda da adı çakilən futbol klubuna cari mövsümün ilk titulunu qazandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə