Ramil Əliyev: "Bu oyuna ciddi hazırlaşdıq"

Ramil Əliyev: "Bu oyuna ciddi hazırlaşdıq"

Topaz Premyer Liqasının 25-ci turunda "Rəvan" "Sumqayıt"ı qəbul edib. Siasport.az saytının məlumatına görə, oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb 3:0.

Baş məşqçilərin fikirlərini təqdim edirik:

Bernhard Raab "Sumqayıt" klubunun baş məşqçisi: "Oyuna baxdıqda, "Rəvan" qələbəyə layiq idi. İlk hissədə üstünlüyə sahib olub və qol vurub. İkinci hissədə penaltidən istifadə etsəydik, oyunda dönüş yarada bilərdik. İkinci hissənin 25-30 dəqiqəsi komandamız daha yaxşı oynayıb. Lakin heyət ilə bağlı müəyyən problemlərimiz var. Dörd-beş futbolçu lazımi formada olmadığı üçün oyunda məğlub olduq. Bundan öncəki oyunda penaltidən fərqlənib qələbə qazandıq. Futbolçular bəzən çox mürəkkəb oynayır".

Ramil Əliyev "Rəvan" klubunun baş məşqçisi: "Bilirdik ki, rəqib yaxşı oyun göstərib, bu oyuna ciddi hazırlaşdıq. Oyunda inamlı qələbə qazandıq. İkinci hissədə "Sumqayıt"ın qol vurmaq üçün imkanları var idi. Əvəzetmələrin hesabına oyunda dəyişiklik etdik, iki top vurduq. Əks-hücumda daha çox qol epizodu yaratdıq. Ümumilikdə oyundan razıyam, komandaya təşəkkür edirəm. Oyuna əvvəlkindən fərqli sistemlə çıxdıq. Bunun nəticəsi idi ki, xəttlər arasında anlaşılmazlıq var idi. Qarşıdakı oyunlarda da bu taktiki sxemdən istifadə edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə