"Cim-Bom" 10 nəfərlə hesabda geridə olduğu matçda 3 xal qazanıb
Futbol üzrə Türkiyə çempionatının lideri "Qalatasaray" növbəti qələbəsini qazanıb. "Mersin İdmanyurdu" ilə qarşılaşma "sarı-qırmızılı" komanda üçün çətin keçib.
Qarşılaşmanın 3-cü dəqiqəsində İstanbul təmsilçisi qapısında qol görüb. 30-cu dəqiqədə isə "Qalatasaray"ın müdafiəçisi D. Nounkeu qırmızı vərəqə alaraq meydandan qovulub. Ancaq "Qalatasaray" oyunun gedişini dəyişməyə müvəffəq olub.
Əvvəlcə Felipe Melo 61-ci dəqiqədə penalti zərbəsilə rəqib qapıya yol tapıb. Bundan sonra isə səhnəyə Didye Droqba çıxıb. O, 70-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb. Futbolçu 84-cü dəqiqədə daha bir qol vuraraq komandasının üstünlüyünü möhkəmləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB