Dünən keçirilən 3 oyun ilə U-15 liqasının final mərhələsinə start verilib. Siasport.az saytının məlumatına görə, "Qarabağ" klubunu qəbul edən "Bakı" rəqibini 3:2 hesabı ilə məğlub edərək həlledici mərhələdə ilk qalibiyyətini rəsmiləşdirib. Adı çəkilən maçtda hesabı 20-ci dəqiqədə Ağdam təmsilçisi açıb. Bundan sonra Sahil Qaraşlı "Bakı"nın cavab qolunu vuraraq, hesabı bərabərləşdirib 1:1. Birinci hissə heç-heçə ilə başa çatıb. Fasilədən sonra təzyiqi artıran bakılılar 60-ci dəqiqədə ikinci dəfə qonaqları meydanın mərkəzinə dəvət edib. Murad Hüseynov "Bakı"nın ikinci qoluna imza atıb 2:1. Oyunun 68-ci dəqiqəsndə Bakı təmsilçisi daha bir qol vurmağa müvəffəq olub. Məhəmmədəli Zeynalov hesab arasındakı fərqi 2 topa çatdırıb 3:1. 90-cı dəqiqədə "Qarabağ" hesabı minimuma endirsə də, bu, "Bakı" U-15 komandasının qələbəsinə mane ola bilməyib 3:2.
Qeyd edək ki, 17 oyunda 15-ci qələbəsini aktivə yazan "Bakı" eyni zamanda bu birincilikdə məğlub olmayan yeganə komandadır.
Xatırladaq ki, U-15 liqasınn final mərhələsinə A və B qruplarında yarışan ilk 3 yerin sahibləri vəsiqə qazanıblar. Bunlar A qrupundan "Qəbələ", "Əlincə", "Qarabağ", B qrupundan "Bakı", "Neftçi" və "İnter"dir. Komandalar ölkə birinciliyinin qalibini müəyyən etmək üçün dairəvi sistem üzrə 10 oyun keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB