Georgi Çixradze: "İlk hissədə üstün oynadıq, lakin qol vura bilmədik"

Georgi Çixradze: "İlk hissədə üstün oynadıq, lakin qol vura bilmədik"

Topaz Premyer Liqasının 25-ci turunun açılış oyununda "Simurq" səfərdə "Qəbələ"nin qonağı olub. Siasport.az saytının məlumatına görə, maraqlı idman mübarizəsində keçirilən oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Maraqlı oyun oldu. İlk hissədə üstün oynadıq, lakin qol vura bilmədik. İkinci hissədə hesabda geri düşsək də, etdiyimiz əvəzetmələrin bəhrəsini gördük. Komandaya oyuna görə təşəkkürümü bildirirəm".

Luis Araqon, "Qəbələ" klubunun məşqçisi: "Qələbəyə çox yaxın idik. Qol imkanlarımız çox oldu. Rəqib komanda sona kimi mübarizə apardı. Altılıq oyunları çox çətin keçir. Gələcək oyunlarda daha yaxşı oynamağa çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə