"İnter" "Bakı"ya məğlub oldu

Dünən əvəzedici heyətlər arasında keçirilən Azərbaycan Çempionatında 25-ci turun oyunları baş tutub."İnter" səfərdə "Bakı" ilə qarşılaşıb. Oyunun taleyini ev sahiblərinin vurduğu yeganə qol həll edib.

Qeyd edək ki, məğlubiyyətdən sonra Tofiq Mustafayevin komandasının aktivində 44 xal var. Bu nəticə ilə "İnter" turnir cədvəlində 3-cü yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə