Aprelin 8-dən 13-ə qədər Moldovada təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində daha bir dəyişiklik edilib. Siasport.az saytının məlumatına görə, Azad Rəhimovun ("Torpedo", Rusiya) əvəzinə hazırlıq prosesinə Fəhmin Muradbəyli ("Neftçi") dəvət olunub.
Xatırladaq ki, bundan əvvəl Coşqun Diniyevin ("İnter") zədəli olduğu üçün, Mirkamil Həşimlinin isə "Fənərbaxça" (Türkiyə) klubunun heyətində turnirdə iştirak edəcəyinə görə yığmanın təlim-məşq toplanışına qatılmayacağı müəyyənləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB