Jurnalistlər arasında voleybol və mini-futbol turnirinin püşkatma mərasimi keçirilib

Jurnalistlər arasında voleybol və mini-futbol turnirinin püşkatma mərasimi keçirilib

Bu gün "Yeni Azərbaycan", "İki Sahil", "Səs" qəzetləri və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş voleybol və mini-futbol üzrə media nümayəndələri arasında turnirin püşkatma mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Voleybol Federasiyasının, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmiləri və jurnalistlər iştirak ediblər.

Mərasimdə çıxış edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ənənəvi olaraq keçirilən voleybol turniri ilə yanaşı, bu ildən mini-futbol turnirinin də təşkil olunacağını vurğulayıb. O, yarışda Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının da iştirak edəcəyini qeyd edib. V.Rəhimzadə Ümummilli lider Heydər Əliyevin zəngin irsindən söz açaraq bu yarışın Ulu Öndərin xatirəsinə ehtiram olduğunu deyib. Turnirin məqsədlərindən birinin də media nümayəndələrinin həmrəyliyinin daha da artırılması olduğunu qeyd edən baş redaktor voleybol yarışında 23, mini-futbol turnirində isə 22 komandanın çıxış edəcəyini bildirib.

Daha sonra çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını və bunun təməlinin Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyib. O, Ümummilli lider Heydər Əliyevin idmana götərdiyi diqqət və qayğıdan danışaraq, Onun Azərbaycan idmanın inkişafındakı xidmətlərindən söz açıb.

Baş redaktor idmançılarımızın olimpiya oyunlarındakı uğurlarını qeyd edib. H.Babaoğlu Azərbaycan idmançılarının beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil etdiklərini deyib.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Azərbaycan idmanının məhz Ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində sürətlə inkişafa başladığını, daha sonra Prezident İlham Əliyevin bu siyasəti layiqli davam etdirdiyini qeyd edib. O, Ulu öndər Heydər Əliyevin Azərbaycanda bütün sahələrə göstərdiyi diqqət və qayğısından da danışıb.

Baş redaktor təşkil olunacaq yarışın önəmliliyini vurğulayaraq, turnirin qaliblərinin pul mükafatları, qiymətli hədiyyələr və kubokla təltif olunacağını deyib. B.Quliyev yarış iştirakçılarına uğurlar arzulayıb.

Çıxışlardan sonra püşkatma mərasimi keçirilib. Püşkatmaya görə komandalar 4 qrupa bölünüblər.

Qeyd edək ki, turnirlərə növbəti həftədən start veriləcək. Oyunlar Azərbaycan Pedaqoji Universitetinin və Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

Püşkatmanın nəticələrini nəzərinizə çatdırırıq:

Voleybol

A qrupu

1. "İki Sahil" qəzeti

2. YAP Qaradağ rayon təşkilatı

3. YAP Nərimanov rayon təşkilatı

4. YAP Səbail rayon təşkilatı

5. YAP Xəzər rayon təşkilatı

B qrupu

1. SİA + Səs TV

2. AzərTAC

3. "Cəmiyyət və Din" qəzeti

4. "Palitra" qəzeti

5. YAP Sabunçu rayon təşkilatı

6. "Kaspi" qəzeti

C qrupu

1. "Səs" qəzeti

2. YAP Xətai rayon təşkilatı

3. YAP Abşeron rayon təşkilatı

4. YAP Nizami rayon təşkilatı

5. YAP Sumqayıt şəhər təşkilatı

6. YAP Binəqədi rayon təşkilatı

D qrupu

1. "Yeni Azərbaycan" qəzeti

2. YAP Suraxanı rayon təşkilatı

3. "Xalq" qəzeti

4. İctimai TV

5. YAP Yasamal rayon təşkilatı

6. YAP Nəsimi rayon təşkilatı

Futbol

A qrupu


1. "Xalq" qəzeti

2. YAP Nərimanov rayon təşkilatı

3. YAP Nizami rayon təşkilatı

4. YAP Yasamal rayon təşkilatı

5. YAP Sabunçu rayon təşkilatı

6. "İki Sahil" qəzeti

B qrupu

1. YAP Suraxanı rayon təşkilatı

2. YAP Səbail rayon təşkilatı

3. "Cəmiyyət və Din" qəzeti

4. YAP Xətai rayon təşkilatı

5. ANS

6. YAP Xəzər rayon təşkilatı

C qrupu

1. YAP Abşeron rayon təşkilatı

2. YAP Qaradağ rayon təşkilatı

3. "Kaspi" qəzeti

4. İctimai TV

5. YAP Sumqayıt şəhər təşkilatı

D qrupu

1. AzTV

2. "Xalq cəbhəsi" qəzeti

3. "Səs" qəzeti

4. YAP Binəqədi rayon təşkilatı

5. "Yeni Azərbaycan" qəzeti

Bütün xəbərlər Facebook səhifəmizdə