"Barselona" futbol klubu, daha bir futbolçusunu itirməli olub. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasında "PSJ" ilə keçirilən qarşılaşmada zədələnərək meydanı tərk edən Maskerano, hələ uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Belə ki, tibbi müayinədən sonra futbolçunun ən azı 6 həftə komandasına kömək edə bilməyəcəyi, bu zaman içərisində isə əməliyyat olunacağı məlum olub. "Barselona"nın rəsmi saytı da futbolçunun 6 həftə müayinə prosesi keçəcəyi barədə xəbər yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB