İcarə əsasında "Şalke"də çıxış edən Fransanın "Lyon" klubunun futbolçusu Mixail Bastos, daimi olaraq alman klubunda çıxış etmək istəyir. Siasport.az saytı xəbər verir ki, 29 yaşlı braziliyalı futbolçu bildirib ki, o özünü artıq "Şalke"nin bir hissəsi hesab edir: "Özümü burada daha xoşbəxt hiss edirəm. Artıq Düsseldorfda ailəm üçün yeni ev almışam və biz burada xoşbəxt yaşayacayıq. Bu, mənim üçün çox önəmlidir. Əgər "Şalke" birdəfəlik transferimi reallaşdırsa, uzun zaman bu kluba xidmət etmək istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB