Fransanın "PSJ" futbol klubu, daha bir səs-küylü transfer reallaşdırmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, ərəb şeyxlərinin nəzarətində olan fransız klubu, bu dəfə "Arsenal"ın təcrübəli forvardı Sağnanı transfer etməyə hazırlaşır. Türkiyə mətbuatı yazır ki, "PSJ", Sağna üçün "topçulara" olduqca sərfəli transfer təklif edir. Belə ki, "PSJ" yaşı 30-u keçmiş qaradərili futbolçu üçün ingilis klubuna 8 milyon avroya qədər transfer qiyməti təklif edib. Məlumata əsasən, artıq klubun menecerləri "Arsenal"ın transfer komitəsi və futbolçunun meneceri ilə danışıqlar aparmaq üçün mayın əvvələrində Londona getməyi planlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB