Bale ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq

Bale ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq

Dünən UEFA Avropa Liqasının 1/4 final mərhələsində "Bazel" ilə keçirilən qarşılaşmada "Tottenhem" klubu ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, qarşılaşmada rəqib futbolçu ilə mübarizədə ciddi zədə alaraq meydandan çıxarılan Bale, ən azı 2 həftə yaşıl meydanlara qayıda bilməyəcək. "Tottenhem"in baş məşqçisi olan Andre Villaş Boaş qarşılaşmadan sonra ingilis jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Balenin zədəsi deyildiyi kimi o qədər də ağır deyil. Onun 2 həftə yaşıl meydanlardan uzaq qalacağını deyən baş məşqçi bildirib ki, Bale "Mançester Siti" ilə keçiriləcək prinsipial oyunda meydanda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə