Dünən UEFA Avropa Liqasının 1/4 final mərhələsində İstanbulda "Fənərbaxça" ilə keçirdiyi oyunda 0:2 hesabı ilə məğlub olan "Latsio" klubunda ciddi təşviş yaşanır. Siasport.az saytı xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında artıq növbəti mərhələ şanslarının minimuma endiyini etiraf edən "Latsio"nun baş məşqçisi Vladimir Petkoviç maraqlı açıqlama verib. O, əvvələr də Türkiyədə olduğunu, burada baş məşqçilik etdiyini xatırladaraq, heç zaman "Fənərbaxça"nın belə gözəl oyun nümayiş etdirdiyini görmədiyini deyib: "Qol vəziyyətləri yaradaraq rəqimizə çətinliklər yaşatdıq. Azlıqda qalmağımız işimizi çətinləşdirdi. İkinci qolu buraxmaya bilərdik. "Fənərbaxça"nın bu qədər yaxşı oynadığını görməmişdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB