İki futbolçu millinin toplanışında iştirak etməyəcək

İki futbolçu millinin toplanışında iştirak etməyəcək

Aprelin 8-də Moldovada təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Siasport.az saytının məlumatına görə, Coşqun Diniyev ("İnter") zədəli olduğu üçün, Mirkamil Həşimli isə "Fənərbaxça" (Türkiyə) klubunun heyətində turnirdə iştirak edəcəyinə görə yığmanın təlim-məşq toplanışına qatılmayacaq.
Qeyd edək ki, millimizin təlim-məşq toplanışı aprelin 13-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə