“Xəzər Lənkəran” "Kəpəz"ə qarşı STATİSTİKA

“Xəzər Lənkəran” "Kəpəz"ə qarşı STATİSTİKA

"Xəzər Lənkəran" Topaz Premyer Liqasının XXV turunda "Kəpəz"in qonağı olacaq. Siasport.az saytının məlumatına görə, vaxtilə 3 dəfə Azərbaycan çempionu olan Gəncə təmsilçisi hazırda Premyer Liqanın autsayderidir. Bu səbəbdən də, matçın aşkar favoriti Lənkəran klubudur. Cənub təmsilçisi qərblilər ilə əvvəlki görüşlərdə də bu statusu doğrulda bilib. On birinci dəfə qarşılaşan rəqiblərin baş tutan 10 matçında 8 qələbə "Xəzər Lənkəran"ın olub. "Ağ-yaşıllar" cəmi 2 dəfə xal itirib ki, bu oyunların birində heç-heçə qeydə alınıb. Üç il əvvəl isə "Kəpəz" yeganə qələbəsini gözlənilmədən böyük hesabla qazanıb. Lakin həmin məğlubiyyətdən sonra cənub təmsilçisi rəqibini xala həsrət qoyub. Ardıcıl 5 oyunda qərblilərə qalib gələn "Xəzər Lənkəran" bu görüşlərdə cəmi 1 qol buraxıb. Ümumilikdə isə 10 oyunda 7 qol buraxan "ağ-yaşıllar" rəqib qapısına 18 dəfə yol tapıb. Gəncə təmsilçisinin Bakıda keçirəcəyi ev oyunu "Xəzər Lənkəran"ın bu rəqibin meydanındakı 6-cı sınağı olacaq. Səfərdə 4 qələbəsi və 1 məğlubiyyəti olan cənublular 9 qol vurub və 6-nı buraxıb. "Kəpəz"ə qarşı bütün oyunlarda ən azı 1 qol vuran lənkəranlılar bu seriyanı davam etdirməyə çalışacaq. "Kəpəz"in hazırki baş məşqçisi Mahmud Qurbanov vaxtilə "Xəzər Lənkəran"la Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb. "Ağ-yaşıllar"ın heyətində 65 oyuna 5 qol vuran sabiq futbolçu 59 dəfə kapitan kimi meydana çıxıb.

2004/05 21.12.2004 çempionat e 2:0
2004/05 25.05.2005 çempionat s 1:0
2005/06 13.11.2005 çempionat e 1:1
2005/06 21.04.2006 çempionat s 2:1
2010/11 17.10.2010 çempionat s 1:4
2010/11 11.12.2010 çempionat e 1:0
2011/12 28.10.2011 çempionat e 1:0
2011/12 16.12.2011 çempionat s 4:1
2012/13 10.08.2012 çempionat e 4:0
2012/13 24.11.2012 çempionat s 1:0

Bütün xəbərlər Facebook səhifəmizdə