U-16 Liqasının XVII turunda "Bakı" "Sumqayıt"ı qəbul edib. Siasport.az saytının məlumatına görə, "Bakı"nın təlim-məşq bazasının süni örtüklü meydanında baş tutan oyun məhsuldar alınıb. Hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. Sabir Əlişanov "Bakı"nı hesabda irəli çıxarıb-1:0. Hadisələrin gedişi ilə barışmayan rəqib komanda hesabı bərabərləşdirməyə nail olub. İlk yarı 1:1 hesabı ilə yekunlaşıb. Qarşılşamanın 60-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli çıxıblar. "Bakı"nın 2-ci qolunun müəllifi Məhəmməd Axundov olub. Bundan sonra da hücumlarını davam etdirən "Bakı" növbəti dəfə qonaqları mərkəzə dəvət edib. 70-ci dəqiqədə Nihad Əsgərov topu qonaqların qapısından keçirərək oyunda son nöqtəni qoyub -3:1. Onuncu qələbəsini qazanan "Bakı" 15 oyundan 31 xal toplayaraq 5-ci yerdə qərarlaşıb.
Xatirladaq ki, "Bakı" rəqiblərinə nisbətən 2 oyun az keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB