Bakı Yay Universiadasını keçirmək hüququ uğrunda iddiaçıdır

Bakı Yay Universiadasını keçirmək hüququ uğrunda iddiaçıdır

Bakı (Azərbaycan), Braziliya (Braziliya) və Budapeşt (Macarıstan) şəhərləri 2019-cu ilin Yay Universiadasını keçirmək üçün namizədlər kimi təsdiq edilib. Siasport.az saytının məlumatına görə, namizədlər sentyabrın 14-dək sifariş dosyesi hazırlamalıdırlar. Daha sonra isə sentyabrın 16-dan oktyabrın 20-dək FISU-nun komissiyası şəhərlərdə yoxlama aparacaq.
Qeyd edək ki, 2019-cu ilin yay və qış universiadaları sahiblərinin seçkiləri 2013-cü il noyabrın 9-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə