Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarında 49 ölkə iştirak edəcək
İsrail Olimpiya Komitəsinin prezidenti, Avropa Olimpiya Komitəsinin olimpiya oyunları komissiyasının rəhbəri Efraim Zinger Azərbaycanda səfərdədir. Siasport.az saytının məlumatına görə, bu münasibətlə bu gün İsrail Dövlətinin ölkəmizdəki səfirliyində mətbuat konfransı keçirilib. İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirib, Azərbaycanda idmana göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulayıb. Diplomat futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan - İsrail oyununun gərgin idman mübarizəsi şəraitində keçdiyini deyib. Efraim Zinger bildirib ki, 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarında 49 ölkə iştirak edəcək.
Qeyd edək ki, yarış 14 gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB