Millimiz Moldovaya yollanır

Aprelin 8-də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Moldovada təlim-məşq toplanışı təşkil olunacaq. Siasport.az saytının məlumatına görə, hazırlıq prosesi çərçivəsində millimizin Moldovanın U-19 komandası ilə 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, təlim-məşq toplanışı aprelin 13-dək davam edəcək.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Eyyub Əliyev - Simurq

Elməddin Məmmədov - AZAL

Sadiq Quliyev - Qəbələ

Adil Nağıyev - İnter

Şamil Cəmaləddinov - Sumqayıt

Bilal Abbaszadə - Qarabağ

Elvin Camalov - Qəbələ

Kamran Abdullazadə - Xəzər Lənkəran

Budaq Nəsirov - Turan

Kənan Manafov - Neftçi

Coşqun Diniyev - İnter

Namiq Ələskərov - Bakı

Tural Rzayev - Qarabağ

Vəkil Talıbov - Antalyaspor (Türkiyə)

Ruslan Nəsirli - Sumqayıt

Mehman Behbudov - Smena (Rusiya)

Azad Rəhimov - Torpedo (Rusiya)

Rafsan Qasımov - Amkar (Rusiya)

Rüstəm Rüstəmli - Lokomotiv (Bakı)

Mirkamil Həşimli - Fənərbaxça (Türkiyə)

Bütün xəbərlər Facebook səhifəmizdə