Orxan Sadıqlı "Xəzər Lənkəran"ın tarixində çempionatın 1 mövsümündə 2 penaltidən qol buraxmayan ilk qapıçı olub. Siasport.az saytının məlumatına görə, o, bunu Topaz Premyer Liqasının XXIV turunun AZAL ilə oyununda rəsmiləşdirib. Zohair Benouahinin vurduğu 11 metrlik zərbə zamanı qolkiper rəqibi ilə dueldən qalib ayrılıb. Bu isə Orxanın mövsümdə 2-ci belə uğurudur. Gənc qapıçı ötən il dekabrın 14-də XVII turun "Neftçi" ilə matçında da belə uğura nail olub. Həmin vaxt Sadıqlı Nikolas Kanaleslə dueldən qalib ayrılıb. "Xəzər Lənkəran"ın 9 illik tarixində daha 2 qapıçı - Kamran Ağayev və Dmitri Kramarenko da Orxan kimi 2 dəfə 11 metrlik zərbə zamanı dueldən qalib ayrılıb. Lakin onların heç biri eyni mövsümdə və eyni yarışda buna nail olmayıb. Hər iki uğuru çempionatda olan K.Ağayev 2006/07 və 2011/12 mövsümlərində buna sevinib. 2007/08 mövsümündə 2 uğuru olan D.Kramarenko isə 1 dəfə çempionat, 1 dəfə kubokda rəqiblə duelin qalibi olub.
Hərəyə 2 dəfə penalti buraxmayan bu 3 qapıçıdan başqa, Aleksandr Martyoşkinin də belə nəticəsi var. Ümumilikdə isə komandanın 6 qapıçısı 27 penaltidən 20-ni buraxıb, 7-dən qalib ayrılıb: Kamran Ağayev - 13 (2-si qeyri-dəqiq), Dmitri Kramarenko - 6 (2), Aleksandr Martyoşkin - 4 (1), Orxan Sadıqlı - 2 (2), Antonio Doblas, Kamal Bayramov - hərəsi 1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB