Velosiped idman üzrə "Tour de Thailand 2013" yarışının üçüncü mərhələsi dünən Praçuap Xiri-Xan ilə Çumpuan şəhərləri arasında 190.5 kilometr məsafədə keçirilib. Siasport.az saytının məlumatına görə, bu mərhələnin qalibi "Sedul Cycling Team" komandasının koreyalı idmançısı Ço Ho Sunq olub. O, məsafəni 4 saat 35 dəqiqə 59 saniyəyə qət edib. Danimarkalı Nielson Filip isə ikinci yerə çıxmaqla komandası "Designa Kokken Knudsgaard"a sevinc bəxş edib. Üçüncü yerin sahibi isə bu dəfə "T-All Star" komandasının velosipedçisi Sanikvati Thana olub.
"Tour de Thailand 2013" yarışının üçüncü mərhələsi Azərbaycanın "Synergy Baku Cycling Project" komandası üçün uğurlu olub. Belə ki, idmançımız Riko Rogers bu mərhələni 4-cü yerdə bitirib və hesabında olan xalların sayını 28-ə çatdırıb. Velosipedçimiz xal hesabı ilə rəqiblərini qabaqlayaraq yarışın lideri olub. Digər idmançımız Elçin Əsədov üçüncü mərhələnin sprint yarışında birinci yerə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB