"Qalatasaray"ın keçmiş futbolçusu olan Lorik Cana, UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində "Latsio"nun futbolçusu olaraq İstanbula gəlib. Dünən axşam keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlərlə L.Cana, "Fənərbaxça" azarkeşlərinin bir nömrəli düşməninə çevrilib. Siasport.az saytı xəbər verir ki, keçmiş "Qalatasaray"lı İstanbula "Fənərbaxça"nı məğlub etmək üçün gəldiyini və bir "Qalatasaray" azarkeşi olaraq "Şükrü Saracoğlu"dakı qarşılaşmada "Fənərbaxça"nın qapısına qol vuraraq, bunu "cim bom" azarkeşlərinə həsr etmək istədiyini dilə gətirib. Onun bu açıqlamasından sonra "Fənərbaxça" azarkeşləri sosial şəbəkələrdəki azarkeş saytlarında R.Canaya qarşı hücum kampaniyası keçirərək, onu "Fənərbaxça" düşməni elan ediblər. "Fənərəbaxça" azarkeşləri, bu axşam keçiriləcək qarşılaşmada L.Canaya qarşı xüsusi "sürpriz" hazırlamağı da unutmaybılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB