Madrid "Real"ının türk əsilli futbolçusu Məsut Özil, özünün twitter səhifəsindən maraqlı açıqlama yayıb. Siasport.az saytı xəbər verir ki, "Real"ın "Qalatasaray"ı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra sosial şəbəkədəki türkiyəli fanatları ilə yazışan ulduz futbolçu, "Gələn həftə İstanbuldayam" mesajını göndərib. Ulduz futbolçu İstanbuldakı qarşılaşmada da qələbə üçün meydana çıxacaqlarını və UEFA Çempionlar Liqasının finalına qədər irəliləmək istədiklərini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB