"Qəbələ" 75-ci qələbə üçün çıxacaq STATİSTİKA

"Qəbələ" 75-ci qələbə üçün çıxacaq STATİSTİKA

Xəbər verdiyimiz kimi, bu həftə Topaz Premyer Liqasında XXV turun oyunları keçiriləcək. Siasport.az saytının məlumatına görə, XXV tura Qəbələdə start veriləcək. Sabah baş tutacaq qarşılaşmada "Qəbələ" "Simurq"u qəbul edəcək.

2006/07 mövsümündən Premyer Liqada çıxış edən meydan sahibləri güclülər dəstəsində yubiley – 75-ci qələbəni qazanmaq üçün meydana çıxacaq. İndiyədək ölkə çempionatının yüksək liqasında 74 qələbəsi olan "Qəbələ" son 3 turda bu yubileyi təxirə salıb. AZAL, "İnter" və "Qarabağ" ilə görüşlərdə 75-i fəth edə bilməyən "qırmızı-qaralar" bunu "Simurq" ilə matçda reallaşdırmağa çalışacaq. Zaqatala təmsilçisi "Qəbələ"nin tarixində xüsusi yerə malikdir. Belə ki, komanda çıxış etdiyi bütün yarışlarda bu rəqiblə qarşılaşıb. Həm birinci Divizion, həm Premyer Liqa, həm də kubokda bu 2 komanda üz-üzə gəlib. Ümumilikdə bu görüşlərin tarixi 2005-ci ildən başlayır. 8 ilə yaxın müddətdə 20 dəfə üz-üzə gələn komandalar eyni vaxtda - 2006-cı ildə elitaya yüksəlib.

21-ci duel ərəfəsində "Qəbələ"nin 9, "Simurq"un 7 qələbəsi var. Daha 4 oyun heç-heçə ilə başa çatıb. "Qırmızı-qaralar" indiyədək rəqib qapısına 24 qol vurub və 17-ni buraxıb. Premyer Liqadakı oyunlarda da "Qəbələ" top fərqində öndədir - 17:14. Lakin qələbə sayında tarazlıq hökm sürür - hərəyə 6 dəfə. 4 matçda isə qalib müəyyənləşməyib. "Qəbələ" 11-ci dəfə ev sahibi kimi zaqatalalıları qəbul edəcək. Qəbələ təmsilçisi əvvəlki 10 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib və 3 dəfə məğlub olub. Bu görüşlərdə top fərqi 14:6-dır.

2005/06

05.10.2005

Birinci divizion

Göy-Göl (Xanlar) - Simurq (Zaqatala)

2:0

2005/06

01.03.2006

Birinci divizion

Simurq (Zaqatala) - Gilan (Xanlar)

1:3

2006/07

23.10.2006

Premyer Liqa

Gilan (Qəbələ) - Simurq (Zaqatala)

1:2

2006/07

07.04.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Gilan (Qəbələ)

3:1

2007/08

15.09.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

2:0

2007/08

24.10.2007

Azərbaycan kuboku, 1/8

Qəbələ - Simurq (Zaqatala)

1:0

2007/08

31.10.2007

Azərbaycan kuboku, 1/8

Simurq (Zaqatala) - Qəbələ

2:1

2007/08

27.04.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

1:0

2008/09

23.11.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:0

2008/09

10.05.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:0

2009/10

16.08.2009

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

2:1

2009/10

28.11.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:1

2010/11

01.10.2010

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:2

2010/11

27.11.2010

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

4:0

2010/11

17.04.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

3:0

2010/11

30.04.2011

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:0

2011/12

29.10.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:2

2011/12

16.02.2012

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:1

2012/13

04.08.2012

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:1

2012/13

16.12.2012

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:1

Bütün xəbərlər Facebook səhifəmizdə