Tahir Gözəl "Qarabağ" klubunun idarə, texniki və inzibati heyətini bir araya topladı
Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu aprelin 6-da "Neftçi" ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, çempionluq üçün mübarizə aparan Ağdam təmsilçisinə vacib oyun öncəsi rəhbərlik ənənəvi dəstəyini hiss etdirib. Belə ki, klubun başqanı Tahir Gözəl əhəmiyyətli görüşdən qabaq komandanı bir araya toplayıb. "Qarabağ" klubunun idarə, texniki və inzibati heyətinin iştirakı ilə yemək masası arxasında baş tutan görüş olduqca səmimi alınıb. Hər kəslə bir-bir salamlaşan T.Gözəl derbi öncəsi komandanın yanında olduğunu nümayiş etdirib. O, komandanın son çıxışlarından danışıb, Ağdam təmsilcisinin cari hədəflərini bir daha vurğulayıb. T.Gözəl çempionluğun "Qarabağ" klubunun camiəsinə vacib olduğunu və komandanın sonda qızıl medallar qazanacağına inandığını bildirib. Klub rəhbəri görüşdə iştirak edən hər bir şəxslə ayrılıqda söhbət edib, şəxsi heyətin hər bir üzvünün məsuliyyət daşıdığı işlərdəki problemlərlə maraqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB