“İqtisadçı” Daimi Ramires Eçevarria ilə anlaşdı

“İqtisadçı” Daimi Ramires Eçevarria ilə anlaşdı

Bakının qadınlardan ibarət "İqtisadçı" komandası Kuba yığmasının sabiq ikinci zona voleybolçusu Daimi Ramires Eçevarria ilə anlaşıb. Siasport.az saytının məlumatına görə, 30 yaşlı şimali amerikalı mövsümün sonunadək bu komandanın şərəfini qoruyacaq. Onun son klubu Braziliyanın "Amil Kampinas" kollektivi olub. Panamerika Oyunlarının və Kubokunun çempionu (2007) olan voleybolçu 2004-cü ildə Afina Olimpiadasının bürünc medalını qazanıb. O, həmçinin 2008-ci ildə dünya Qran-pri yarışlarının finalında oynayıb və yarışın ən yaxşı hücumçusu seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə