Debütdə 5-ci "sülh" STATİSTİKA

Debütdə 5-ci "sülh" STATİSTİKA

Topaz Premyer Liqasının XXIV turu Azərbaycan futbolu tarixində ilk uelsli baş məşqçi -Con Toşakın ölkəmizdə debütü ilə əlamətdar olub. Siasport.az saytının məlumatına görə, AZAL-la Lənkərandakı qarşılaşmada debüt edən təcrübəli mütəxəssisin yetirmələri onun ilk oyununda meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib. Baş məşqçi vəzifələrini icra edərək komandanı meydana çıxaran çalışdırıcıları nəzərə almamaqla Toşak klubun 9 illik tarixinə 10-cu mütəxəssis kimi düşüb. Ondan əvvəl komandada çalışmış məşqçilərdən ikisi - Rasim Kara və Ağasəlim Mircavadov 2 dəfə bu posta təyinat alıb. Onların debüt və qayıdışdan sonrakı ilk matçlarını da nəzərə alsaq, 12 dəfə "Xəzər Lənkəran" yeni baş məşqçisi ilə birinci sınağa çıxıb.

Uelsli mütəxəssis debüt matçında heç-heçə ilə kifayətlənən 5-ci baş məşqçi olub. Ona qədər Nazim Süleymanov, Rasim Kara, İqor Ponomaryov və Cüneyt Biçer də ilk matçda "sülh"ə imza atıb. Toşak son 1 ildəki uğursuz ənənəni qırmağa nail olub. Belə ki, ondan əvvəl "Xəzər Lənkəran"a rəhbərlik edən son 2 baş məşqçi debüt oyununda məğlubiyyətlə barışıb. 2012-ci ildə Yunis Hüseynov və Karles Martorell də xalsız debütə kədərlənib.

Nazim Süleymanov

07.08.2004 "Turan" – "Xəzər Lənkəran" – 1:1

Rasim Kara

30.10.2004 "MKT Araz" – "Xəzər Lənkəran" – 0:0

10.08.2008 "Karvan" – "Xəzər Lənkəran" – 1:0

Viktor Pasulko

12.02.2006 "Xəzər Lənkəran" – "Olimpik" – 1:0

Ağasəlim Mircavadov

11.08.2006 "Xəzər Lənkəran" – "Neftçi" – 2:1

21.08.2009 "Xəzər Lənkəran" – "İnter" – 1:0

İqor Ponomaryov

15.02.2009 "Xəzər Lənkəran" – "Karvan" – 0:0

Mirça Rednik

07.08.2010 "Xəzər Lənkəran" – "Qəbələ" – 1:0

Cüneyt Biçer

10.12.2011 "Xəzər Lənkəran" – "Qarabağ" – 0:0

Yunis Hüseynov

19.03.2012 "Xəzər Lənkəran" – "Bakı" – 0:1

Karles Martorell Bakes

18.11.2012 "Bakı" – "Xəzər Lənkəran" – 2:0

Con Toşak

30.03.2013 "Xəzər Lənkəran" – AZAL 1:1

Qeyd edək ki, "Xəzər Lənkəran"ı meydana çıxaran daha 3 çalışdırıcı - Şenol Fidan, Hafiz Əliyev və Emin Quliyev baş məşqçi əvəzi kimi komandaya rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə