Millimiz təlim-məşq toplanışı keçirəcək

Millimiz təlim-məşq toplanışı keçirəcək

Bu gün Ankarada taekvondo üzrə qadınlardan ibarət milli komandamızın təlim-məşq toplanışı başlanacaq. Siasport.az saytının məlumatına görə, Türkiyədə yerli komanda ilə birgə keçiriləcək hazırlıq prosesi 8 gün davam edəcək. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, həmçinin qadınlardan ibarət milli komandanın baş məşqçisi, Əməkdar Məşqçi Gündüz Abdullayev və gənclərdən ibarət yığmanın böyük məşqçisi Zahid Məmmədovun rəhbərliyi altında keçiriləcək hazırlıq prosesində iştirak edəcək heyət müəyyənləşib.
Qeyd edək ki, heyətdə Təranə Məmmədova (46 kq), Patimat Abakarova (49 kq), Günay Ağayeva (53 kq), Aytən Səmədli (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeeva (73 kq), Nərminə Məmmədova (44 kq), Xəyalə Quliyeva (46 kq), Turkanə Tahirli, Zümrüd Məlikova (hər ikisi 49 kq), Günay Ağakişiyeva (57 kq), Zeyvi Kərimova (59 kq), Səbinə Mikayılova və Darya Gorbaceva (hər ikisi 62 kq) yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə