Bu gün U-19 liqasında 4-cü turun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, Binə qəsəbə stadionunda "Qarabağ" klubunun qonağı olan "Bakı" əzmkar qələbə qazanıb. Oyunun gedişində 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, ardıcıl 5 qol vuraraq parlaq qalibiyyət əldə edən bakılıların heyətində Nicat Əsgərov (dəqiqə 58), Əlimərdan Əlimərdanlı (dəqiqə 60), Mahir Mədətov (dəqiqə 68), Rinat Ağaverdiyev (dəqiqə 72) və Nicat Bədəlov (dəqiqə 90+3) fərqlənib. Dörd turdan sonra 6 xal toplayan "Bakı" turnir cədvəlinin 3-cü pilləsində yer alır.
Qeyd edək ki, "Bakı" növbəti oyununu 10 aprel 2013-cü il tarixində öz meydanında AZAL-a qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB