Orta hesabla 12375 metr məsafə

Xəbər verdiyimiz kimi, martın 17-dən 28-ə qədər 21 yaşadək fubolçulardan ibarət Azərbaycan yığması Avstriyada təlim-məşq toplanışında olub. Siasport.az saytının məlumatına görə, hazırlıq prosesi dövründə millimiz turnirdə iştirak edərək birinci yeri tutub. Yığmamızın üzvlərinin fərdi hazırlıq səviyyəsinə bu toplanış ərzində müasir avadanlıqlar vasitəsilə nəzarət olunub. Gürcüstanın U-21 yığması ilə oyun zamanı futbolçularımız (meydan oyunçuları: Ürfan Abbasov, Tərlan Quliyev, Elvin Yunuszadə, Ruslan Tağızadə, Abdulla Abatsiyev, İlter Taşkın, Mirhüseyn Seyidov, Timur Temeltaş, Araz Abdullayev, Fatih Şanlı) meydanda orta hesabla 12375 m. məsafə qət ediblər.

Qeyd edək ki, bu göstəriciyə qapıçı daxil deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə