Ağasəlim Mircavadov "Qəbələ"yə baş məşqçi təyin olunacaq?

Ağasəlim Mircavadov "Qəbələ"yə baş məşqçi təyin olunacaq?

"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Fanat.az-ın əldə etdiyi məlumata görə, uzun müddətdir işsiz olan Ağasəlim Mircavadov bölgə klubuna baş məşqçi təyin olunacaq.

Qeyd edək ki, A.Mircavadov son olaraq "Xəzər Lənkəran"a başçılıq edib. O, karyerası ərzində 2 dəfə "Neftçi"də, 2 dəfə "Xəzər Lənkəran"da, 2 dəfə "Qarabağ"da, "Bakı fəhləsi" və "Şəmkir"də çalışıb. 5 dəfə ölkə çempionluğunu, 2 dəfə "Birlik Kuboku"nu qazanan 65 yaşlı mütəxəssis 2008-ci ildə "Şöhrət ordeni" ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə