"Cəsurlar" hərbi-idman və turizm oyununun rayon final mərhələsi keçirilir FOTOLAR

"Cəsurlar" hərbi-idman və turizm oyununun rayon final mərhələsi keçirilir FOTOLAR

Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən bu gün saat 11:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2 "Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi" bəndinin icrasını təmin etmək məqsədi ilə "Cəsurlar" hərbi-idman və turizm oyununun rayon final mərhələsi keçirilir. Siasport.az saytının məlumatına görə, "Cəsurlar" hərbi-idman və turizm oyununun keçirilməsində məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsindən ibarətdir. Yarışda Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin komandaları iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə