Bakı birinciliyi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Balaxanı İdman Mərkəzində sambo üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, birincilikdə 155 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Yarışda 35 kq çəki dərəcəsində I yerə Fərid Qardaşxanov (Nəqşi Cahan ), 38 kq çəki dərəcəsində I yerə İbrahim Eyvazov (11 №-li UGİM), 42 kq çəki dərəcəsində I yerə Rəşad Dünyamalıyev (11 №-li UGİM), 46 kq çəki dərəcəsində I yerə Yasər Nəcəfov (9 №-li UGİM), 50 kq çəki dərəcəsində I yerə Kənan Əhmədov (Pəhləvan), 54 kq çəki dərəcəsində I yerə Mirsadıq Məhərrəmov (Yasamal sambo İK),59 kq çəki dərəcəsində I yerə Əli Nəzərli (Neftçi İSM), 65 kq çəki dərəcəsində I yerə Hüseyn Quliyev (11 №-li UGİM), 71 kq çəli çəki dərəcəsində I yerə Kənan Sultanlı (6 №-li UGİM.), +71 kq çəki dərəcəsində I yerə Hüseynəli İskəndərov (Neftçi İSM) layiq görülüb.

Qeyd edək ki, I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə